Bu gün Füzuli şəhərinə daha 34 ailə yola salınıb.
ANmedia.az xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində 123 nəfərdən ibarət növbəti köç karvanı yola düşüb.
Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.
Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin