1990-cı il yanvarın 20-də baş vermiş, şanlı qanlı faciədən 34 il ötür. Müasir tariximizin şərəf , qəhrəmanlıq salnaməsi , şəhid qanı ilə yazılmış hünər səhifəsi, bəşər tarixində qara səhifə , sağalmayan yara və Milli Matəm Günüdür!Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Müstəqilliyimizə yönələn hücumlara qəhramanca qarşı çıxan millətimiz çox çətin vəziyyətə rəğmən böyük zəfərlər qazanmışdır. 20 yanvar faciəsi Azərbaycan xalqının genci , yaşlısı, xanımı , kişisi ilə çiyin çiyinə yazdığı böyük bir qəhramanlıq dəstanı olaraq tariximizdəki hörmətli yerini almışdır. 20 yanvar faciəsi ilə yazılan bu dəstan tarixin axışını dəyiştirmişdir. Azərbaycan xalqının azadlığı , istiqlal yolu, ərazi bütövlüyu , dövlət, bayraq sevgisi və milli məfkurəmizin şanlı tarixinin eyni zamnada adıdır. Azərbaycanlılar üçün tutsaqlığın bir alın yazısı olmaycağını dünyaya göstərmışdir.20 Yanvar faciəsi , millət olaraq istiqlalımız, istiqbalımız və istiqrarımız üçün verdiyimiz böyük mübarizənin adıdır. Beynəlxalq terrorizm ümumbəşəri sülhü təhdid edən əsas problemlərdən biri kimi qalmaqdadır. 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı baş vermiş ən dəhşətli cinayətlərdən biridir . 20 Yanvar - 1990 - cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı da zaman-zaman qanlı terror hadisələrinə məruz qalıb. Belə hadisələrdən biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş terror aktı və soyqırımıdır. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlıq etməsinə qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.
20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bu hadisə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olub. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.1990-cı il Yanvar ayının 20-si xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı Azərbaycanın şanlı tarixinəqanla həkk olunan gündür. Üzərindən 34 il keçməsindən asılı olmayaraq, bu gün hər il bütün həmvətənlərimiz tərəfindən dərin hüznlə anılır.
Sovet İttifaqının dağılma mərhələsinə daxil olması uzun müddətdir silahlanan ermənilərə çoxdandır gözlədikləri fürsəti vermişdi. Ermənistanda yaşayan bir milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyan ermənilər, bununla kifayətlənmədilər. Həm Dağlıq Qarabağda, həm də Lənkəran, Naxçıvan, Gəncə və Bakıda azərbaycanlılara qarşı silahlı hücumlar edən ermənilərin bu barbarlığına qarşı Moskvanın tək mövqeyi var idi: səssizlik. Məhz bu mövqe xalqın SSRİ-yə inamını itirməsinə, müstəqillik istəyinin daha da alovlanmasına təkan oldu. Yanvar ayından etibarən ümumi ölkə ərazisində yaşanan mitinqlər, 15 Yanvardan – ermənilərin Azərbaycanlılar yaşayan ərazilərə həyata keçirdikləri basqınları artırmasıyla daha da gərginləşdi.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 1990-cı il 15 Yanvar tarixində Dağlıq Qarabağda və bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilməsi haqqında qərar qəbul edildi. Bu qərarın yeddinci maddəsində Azərbaycan SSR Ali Sovetinə fövqəladə halın əhatə dairəsinə Bakı və Gəncənin də daxil edilməsi təklifi xalq tərəfindən ciddi narazılıqla qarşılandı. Sovet əsgərlərinin fövqəladə vəziyyət rejimi altında Bakıya və Gəncəyə qoşun gətirəcəklərini eşidən xalq 16 Yanvar tarixindən etibarən Bakının girişini nəqliyyat vasitələri ilə bağlamağa cəhd etdi. İnsanlar sanki şəhəri yeni Sovet işğalından qorumağa çalışırdı.“20 Yanvar” faciəsi kimi həkk olunmuş həmin müdhiş yanvar gecəsi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. 19 Yanvarda SSRİ Ali Sovetinin Rəyasət Heyəti şəhərdə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul etdi. Qərar 20 yanvar 00:00-dan etibarən qüvvədə olacaqdı. Lakin yanvarın 19-u saat 19:27-də Azərbaycan televiziyasının enerji təminatçısının Sovet kəşfiyyatı tərəfindən partladılması səbəbiylə xalq fövqəladə vəziyyətdən xəbərdar ola bilmədi.
Beləliklə, axşam saatlarında 26 min nəfərlik Sovet ordusu zirehli maşınlarla 5 istiqamətdən Bakıya daxil oldu.Fövqəladə hal qərarı barədə xalqa məlumat verilənə qədər Qızıl Ordu əsgərləri 82 nəfəri öldürmüş, 20 nəfəri ağır yaralamışdı. Ümumilikdə həmin gecə 100 nəfərdən çox adam öldürülmüş, 700 nəfərdən çoxu yaralanmış, 800 nəfərdən çoxu isə saxlanılmışdır.
Qadın, uşaq, qoca, cavan demədən, qarşısına çıxan hər kəsə atəş açan Sovet ordusu o gecə Bakıda tarixin ən qanlı cinayətlərindən birini törətdi. Təkcə küçələrdəki əliyalın insanlar deyil, yaralılar üçün gəlmiş təcili tibbi yardım maşınları, avtobuslardakı sərnişinlər, hətta evində pəncərəyə yaxın olan insanlar belə xalqı müstəqillik amalından uzaqlaşdırmağa çalışan ordunun hədəfi oldu. Bu terror aktının məqsədi həm də müstəqillik üçün ayağa qalxmaq istəyən digər xalqlara göz dağı vermək idi.
20 Yanvar faciəsi tariximizin hüznlü səhifələrindən biri olmaqla yanaşı, həm də xalqımızın vətən, millət sevgisinin, milli ideallar üçün birləşməsinin əvəzsiz nümunəsidir. Bu hüznlü günü bizə həm də qürurla xatırladan bir sıra məqamlar var ki, bunlardan biri də Xəzər dəniz gəmiçilərinin göstərdiyi qəhrəmanlıq nümunəsidir. Hadisədən dərhal sonra gəmiləri Bakı buxtasına istiqamətləndirən dənizçilər hərbi gəmilərin Bakıya yaxınlaşmasının qarşısını almaqla şəhəri yeni qırğından xilas etdilər. Bütün təzyiq və hədələrə baxmayaraq, mövqelərini tərk etmədən dünyaya Bakıdakı faciəni çatdırmağa çalışdılar. Hər 30 dəqiqədən bir “Diqqət! Mən Bakıyam, məni yandırırlar!”, “Diqqət! Bakı yanır!” məzmunlu “SOS” siqnalı göndərən gəmiçilərimizin səyləri nəticəsiz qalmadı. Məhz onların nümayiş etdirdiyi bu birlik və fədakarlığın nəticəsində dünyanın bir çox ölkələri hadisədən qısa müddət ərzində xəbər tutdular.
Hadisənin siyasi müstəviyə daşınması üçün ilk addımlar isə Heydər Əliyev tərəfindən atıldı. 21 Yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə yollanan ümummilli lider Heydər Əliyev , burada faciə barədə məlumat vermiş, Azərbaycan xalqına qarşı törədilən bu cinayəti sərt şəkildə tənqid etmişdir kütləvi qırğınının səbəbkarı kimi SSRİ rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi.
20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də ulu öndər Heydər Əliyevin xidmətidir.
1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi.
Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
20 Yanvar qırğın qurbanları vətəni, şərəfi, ləyaqəti və insanlıq üçün canlarından keçdilər.
Bugün Bakının şahidlik etdiyi qəhrəmanlıq dastanının, o qanlı gecənin üzərindən 32 il keçməkdədir. Tarixə “Qara Yanvar”, “Qanlı Yanvar” adlarıyla yazılan 1990-cı ilin 20 Yanvarı Azərbaycan üçün müstəqilliyə gedən yolu daha da qısaltdı. O gün sovet əsgərlərinin, tankların qarşısına qorxmadan, əliyalın çıxaraq şəhid olan vətən övladlarınınisə hər biri bu yolda birər çıraq oldular.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
İllər keçir, nəsillər dəyişir, qanımıza, canımıza hopmuş vətənpərvərlik, azərbaycançılıq ideologiyası isə dəyişməz olaraq qalır. Bugün Azərbaycan oğulları tarixi qəhrəmanlarımızın, şəhidlərimizin bizə miras qoyduğu əqidəyə sahib çıxırlar.
90-cı illərdən arxada qoyduğumuz 2020-ci ilə qədər hər bir azərbaycanlının Qarabağ adlı qanayan yarası var idi. 30 il ərzində xalqımız işğalla barışmır, doğma Qarabağa qovuşmağı səbrsizliklə gözləyirdi.
Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
27 sentyabr 2020-ci ildə Ermənistan tərəfinin hücum cəhdi məsələnin sülh yolu ilə həllini səbrlə gözləyən Azərbaycan üçün səbr kasasını daşıran son damla oldu. Əks-hücum əmri ilə şanlı ordusumuz doğma torpaqlara doğru irəliləməyə başladı. Misilsiz qəhrəmanlıqlar göstərən, qanının son damlasına qədər vuruşan igidlərimiz 44 gün içərisində illərdir davam edən işğala son qoydular.
Müzəffər ordumuzun ardıcıl olaraq Cəbrayıl (4 Oktyabr), Füzuli (17 Oktyabr), Zəngilan (20 Oktyabr), Qubadlı (25 Oktyabr), Şuşa (8 Noyabr) kimi əzəli Azərbaycan torpaqlarını işğalçılardan təmizləməsi ilə Ermənistan 10 Noyabrda təslim olmağa məcbur oldu. Bu Azərbaycan tərəfinin işğalçı üzərindəki tarixi qələbəsi idi. Bizi bu haqq savaşında qələbəyə aparan Ali Baş Komandanımız cənab İlham Əliyev , bir yumruq kimi birləşməyimiz və öz igidlikləri ilə dastana dönən oğullarımız oldu.
Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Qanlı Yanvar faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Qanlı Yanvar faciəsi XX əsrdə baş vermiş soyqırımı və etnik təmizləmə hadisələri arasında ən dəhşətlilərinə aiddir. Bu hadisələrdə hər hansı şəkildə iştirak etmiş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Qarabağ zəfəri bugün hər birimizin qürur mənbəyidir. Həm bu zəfəri bizə bəxş edən qəhrəmanlar, həm də 20 Yanvar şəhidləri odlar yurdunun övladlarının qorxmazlığının, mərdliyinin, heç bir işğalla barışmayıb, daim müstəqil yaşamaq istəməsinin tarixi və bariz nümunəsidir. Nəsildən-nəslə ötürüləcək bu nümunələr Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü əbədi edəcək, onu bəşər tarixinə silinməz mürəkkəblə yazacaqdır. 8 noyabr xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Hər zaman “Qarabağ Azərbaycandır və nida işarəsi” –söyləyən Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə gedən deyil.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmalığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizə aparacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
44 günlük Vətən müharibəsi bizim şanlı qürur mənbəyimizdir.
Qarabağ Azərbaycandır!
Allah bütün Şəhidlərə rəhmət etsin! Şəhidlərimizə allahdan rəhmət diləyirəm, məkanları cennet olsun. Şəhidlərimizin əziz xatirəsi sönməz bir məşalə kimi ruhlarımızı daim atəşlı və oyanıq tutacaqdır.
“Bastığın yerleri toprak diyerek geçme, tanı
Düşün altındaki binlerce kefensiz yatanı
Sen şehit oğlusun, incitme, yazıktır, atanı
Verme, dünyaları alsan da bu cennet vatanı.”
S.e.f.d. dosent Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin