Prezident İlham Əliyev Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında dekabrın 4-də Sərəncam imzalayıb.
ANmedia.az xəbər verir ki, bu barədə President.az xəbər verir.
Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin