Noyabrın 23-25-də Bakıda SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.
ANmedia.az Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata istinadən bildirir ki, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində keçiriləcək.
Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.
“Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar. Qonaqların tədbir yerlərinə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - A.Əsgərli vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin