ANmedia.az xəbər verir ki, bu barədə DİM-in açıqlamasında deyilir.
"Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Lakin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Ermənistana məxsus silahlı birləşmələrin və digər qanunsuz hərbi dəstələrin mövcudluğu Azərbaycanın suverenliyi üçün böyük təhdid olub, həyata keçirilən böyük qayıdış, tikinti-quruculuq işlərinə ciddi maneə törədirdi. İkinci Qarabağ müharibəsi başa çatandan sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, yaxud ağır yaralanmışdır. 2023-cü ilin aprelində Laçında sərhəd‑buraxılış məntəqəsi qurulanadək Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bu minaların 2021-ci ildə Ermənistanda istehsal edilməsi müharibədən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün gətirildiyini göstərir. 2023-cü il sentyabrın 19-da səhər saatlarında Xocavənd rayonu ərazisində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Elə həmin gün Azərbaycan lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə başladı.
Məlumat üçün bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, qeyd olunan faktlara dair bilgilər almayıblar.
Mövzunun vacibliyini nəzərə alaraq, bildiririk ki, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:
2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri
Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin