100-dən çox əməkdaşın iştirak etdiyi tədbiri açan Xidmətin rəisi - Baş probasiya məmuru Akşin Ziyadov ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılaraq bu sahədə qanunvericilik və institusional tədbirləri, 2022-2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planının əhəmiyyətini qeyd edib, onun dövlət qurumların korrupsiyaya qarşı mübarizədə səylərinin birləşdirilməsinə, vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və ədalətli tədbirlərin həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
Bildirilib ki, təlimin məqsədi dövlət orqanlarına etimadın möhkəmləndirilməsi, əməkdaşların antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, korrupsiyanın yolverilməzliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Nicat Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun bu sahədə hüquqpozmaların aşkar edilməsinə, qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəldiyini izah edib, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə qanunvericiliyin müddəaları, aidiyyəti cinayət işlərinə dair statistik məlumatları, antikorrupsiya davranış modelinin formalaşdırılması üçün sahəvi korrupsiya risklərinin müəyyənləşdirilməsinin və aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Zaur İbrahimli “Eitk davranış qaydalarından irəli gələn tələblər” mövzusunda çıxış edərək etik davranış qaydaları və qulluq etikası, xidmətdənkənar davranışın normaları, prinsipləri və onlara əməl edilməsi barədə geniş məlumat veriblər.
Təlimdə əməkdaşlardan korrupsiya hüquqpozmalarına və sui-istifadəyə gətirib çıxaran, qulluq keçmə ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan halların qarşısının alınması tələb edilib, etik davranış qaydalarına dönmədən və dürüst əməl olunmasının, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, insanların müraciətlərinə qayğı və həssaslıqla yanaşılmasının Probasiya Xidmətinin bütün əməkdaşlarının ən ümdə vəzifəsi olduğu bildirilib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin