
“Şanlı Azərbaycan ordusu Ermənistanın qoşunlarını torpaqlarımızdan çıxarmaq öhdəliyini özü yerinə yetirdi”.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov İngiltərənin “BBC World News” telekanalının canlı efirində bildirib.
O vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq.
Onun sözlərinə görə, Yevlaxda keçiriləcək bugünkü görüş Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə dinc yolla reinteqrasiyasının başlanğıcıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








