
Azərbaycanda telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
ANmedia.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanda əks olunub.
Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tarifləri müəyyənləşdirərkən İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəylərini nəzərə alacaq.
Qeyd edək ki, indiyədək tariflər qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilirdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








