Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “26 avqust – Laçın günü” sərlövhəli məqaləsini dərc edib.
ANmedia.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağını Laçın şəhərində qaldırdığı qeyd edilir. Bildirilib ki, son 30 ildə ermənilər Laçında qanunsuz məskunlaşmalar aparsalar da, məqsədlərinə nail ola bilməyiblər.
Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə çalan Azərbaycan əsgəri indi Laçının keşiyində dayanır. 44 günlük Vətən müharibəsinin tarixi və nəticələri, Laçının qaytarılması, əlavə yolun çəkilməsi kimi məlumatlar məqalədə yer alıb.
Dövlətimizin başçısının Laçına səfəri, burada quruculuq işləri ilə tanış olması, inşa olunan evlərin açarlarını sakinlərə təqdim etməsi məqalədə xüsusi vurğulanıb. Bildirilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, qurumun Təhlükəsizlik Şurası, ATƏT bu günə kimi Ermənistana qarşı apardığı təcavüzkar siyasətinə görə hələ də heç bir sanksiya tətbiq etməyiblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin