Bununla bağlı Mətbuat Şurasında toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin eyni zamanda Şurnanın İdarə Heyətində təmsil olunduğunu, qurumun səmərəli fəaliyyətinə daim dəstək göstərdiyini bildirib. MŞ sədri B.Məmmədzadənin rəhbərlik etdiyi təşkilatın 22 iyul Mətbuat Gününə böyük önəm verdiyini, bu münasibətlə bir qrup jurnalisti təltif etdiyini diqqətə çatdırıb.
“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri çıxışında bildirib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun müxtəlif hərbi birləşmələri ön cəbhədə mübarizə aparırdılarsa, jurnalistlər də müharibənin informasiya cəbhəsində aktiv iştirak edirdilər.
Buna görə də təşkilat 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalist əməyini də qiymətləndirməyi zəruri sayıb. Daha sonra bir qrup jurnalist Fəxri Fərmanla təltif olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin