Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
ANmedia.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.
Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə gedib. Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin