“Mərakeşlə ikitərəfli əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik”.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında Mərakeş xalqına və hökumətinə bu ölkənin Milli Günü münasibətilə təbrikində qeyd olunub.
“Milli Günü münasibətilə Mərakeş xalqını və hökumətini ürəkdən təbrik edir, onlara ən xoş və ən səmimi arzularımızı çatdırırıq! Biz ikitərəfli əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik.
Milli Gününüz mübarək, Mərakeş!”, - paylaşımda qeyd edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin