Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında imzalanan “Su-25” qırıcılarının modernizasiyasına dair anlaşma türkiyəli ekspertlər tərəfindən müzakirə edilib.
“Haber Global”ın efirində yayımlanan proqramda ekspertlər Azərbaycanla Türkiyə arasında bağlanan bu anlaşmanın iki dövlət arasındakı əlaqələrin növbəti uğuru kimi qiymətləndiriblər.
Proqramda çıxış edən professor Ragip Kutay Karaca Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışındakı “Qarabağ Azərbaycandır” açıqlamasını da şərh edib.
Qeyd edək ki, imzalanma mərasimi İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub. Sənədi Azərbaycan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və “TUSAŞ” şirkətinin baş meneceri Temel Kotil imzalayıblar.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin