Sülh müqaviləsinin olmaması müharibə ehtimalını ikiqat artırır.
ANmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.
"Nə qədər ki, sülh razılaşması yoxdur, müharibə ehtimalı çox yüksəkdir", - o bildirib.
Paşinyan qeyd edib ki, Sovet İttifaqı və Almaniya bir-biri ilə sülh müqaviləsi imzalayıb, lakin tezliklə müharibə başlayıb.
Onun sözlərinə görə, təkcə sülh sazişinin imzalanması deyil, həm də onun həyata keçirilməsi, həyata keçirilməsi mexanizmləri mühüm əhəmiyyət kəsb edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin