“Qız uşaqlarının ana bətnində məhv edilməsinə görə Azərbaycan artıq dünyada ilk sıralarda deyil”.
ANmedia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır. Bu istiqamətdə qanun layihəsi hazırlanır və Milli Məclisin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq.
Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır. Təhlillər aparılır, nəticələr müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir. İnsanlara öz övladını necə böyütdüyünə dair sual olunmalıdır. İctimai qınaq bu məsələdə bizə çox kömək edir. Ciddi bir şəkildə bu məsələ ilə məşğul oluruq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin