"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə səfərini, xüsusilə Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk".
ANmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Son zamanlar iki ölkə arasında münasibətlərdə ciddi gərginliklərin yaşandığını bildirən nazir qeyd edib ki, bunun çox ciddi səbəbləri var idi: “İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin