Binəqədi Rayon İcra Hakimiyyəti və Heydər Məsçidinin birgə təşkilatçılığı ilə 28 iyun tarixində “Versal” şadlıq sarayında şəhidlərimizə həsr olunan Qurban bayramı münasibətilə tədbir keçirilib.
ANmedia.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirdə qonaqlar, ictimai təşkilatların rəhbərləri, İlahiyyat İnistitunun əməkdaşları, din xadimləri Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb.
Bayram süfrəsi duası oxunduqdan sonra tədbir iştirakçıları Heydər Məscidinin İmamı Rüfət Qarayev, İlahiyyatçı alim Ağa Hacıbəyli, İlahiyyat İnistitunun Dilşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, yazar Muxtar Cəfərli, araşdırmaçı jurnalist, yazar, publisist Aydın Tağıyev, şəhidlərin valideynləri və ailə üzvləri çıxışlarında Azərbaycanda dini dəyərlərimizə hörmət, onların qorunub saxlanmasından və təbliği dövlət siyasətimizin ayrılmaz tərkib hissəsi olduğundan, hər il ölkəmizdə Qurban bayramı böyük təntənə ilə qeyd edilməsini, 44 günlük Vətən savaşında xalqımızın böyükdən kiçiyə hərkəsin Ali Baş komandanın Dəmir yumruğu ətrafında birləşməsindən, şəhidlərimizin döyüş yolundan danışılıb. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıya görə hədsiz fəxarət hissləri keçirdiklərini bildirərək, bayram təbriklərini ünvanlayıblar. Heydər Məscidinin İmamı Rüfət Qarayevin çıxışı ilə tədbir yekunlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin