Ukraynalı hərbçilərin F-16 qırıcı təyyarələri ilə təlimləri başlayıb.
ANmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen deyib.
Poulsenin sözlərinə görə, Danimarka ukraynalı pilotların hazırlanmasına və bacarıqlarının artırılmasına başlamaq üçün addım atıb.
Onun sözlərinə görə, Danimarka, həmçinin F-16 təyyarələrinin Ukraynaya tədarükü barədə düşünür:
“Qırıcılar Ukraynaya təhvil verilənə qədər hərbçilər təlim keçməlidirlər. Yəqin ki, F-16-lar 2024-cü ildə Ukraynada olacaq”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də deyib ki, qırıcı təyyarələr qarşıdakı 5-6 ay ərzində ölkəsinə çatdırıla bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin