2021-ci ildə Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Anmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 82%-ni kişilər, 18%-ni qadınlar təşkil edib.
2021-ci ildə ölkəyə gələnlərin 32,6%-i Rusiya, 25%-i Türkiyə, 15,8%-i İran, 7,9%-i Gürcüstan, hər birindən 2,2% olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2%-i Böyük Britaniya, 1,1%-i Səudiyyə Ərəbistanı, 0,9%-i Qazaxıstan, 0,8%-i İsrail, hər birindən 0,7% olmaqla Almaniya, Belarus və Hindistan, 0,6%-i ABŞ, 0,5%-i Özbəkistan, hər birindən 0,4% olmaqla İtaliya və Pakistan, 0,3%-i Türkmənistan, 6%-i digər ölkələrin vətəndaşları olub.
2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66%, Hindistandan - 55,3%, Səudiyyə Ərəbistanından - 26%, Özbəkistandan - 20,3%, Qazaxıstandan - 18,5%, Belarusdan - 5,1% azalıb, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2%, ABŞ-dan - 69,3%, Almaniyadan - 67,7%, İsraildən - 57%, Böyük Britaniyadan - 33,7%, İtaliyadan - 24%, Türkiyədən - 23,3%, Rusiya Federasiyasından isə 14,7% artıb.
2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8% artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7% artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9% artaraq 297,7 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8%-i dəmir yolu və avtomobil, 48%-i hava, 2,2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin