Azərbaycanın Xarici İşlər Nazirliyi Ankarada raket zavodunda baş vermiş partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.
ANmedia.az xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd olunub.
Başsağlığında deyilir: “Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi. Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə!”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin