Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.
ANmedia.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, bütün şagirdlər eyni forma geyinməlidir: "Pedaqoji Şura məktəbli formasının təsvirini seçir. Şura hansı formanı seçirsə, ona uyğun hazırlıq işləri görülməlidir. Qaydalarda açıq qeyd olunub ki, formanı şura seçir. Şura deyə bilər ki, müəyyən səbəblərdən yeni forma istəmirik. Biz də şuranın qərarına hörmətlə yanaşmalıyıq. Hazırda belə məktəblər də var. Məktəbli forması qaydalarda olan normaya uyğun seçilməlidir. Kimsə özündən başqa formada geyim seçə bilməz".