
1 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies”in Avropa üzrə birinci vitse-prezidenti Jan-Lyuk Gizyu ilə görüşüb.
Görüşdə SOCAR ilə “TotalEnergies” arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci mərhələsi - Erkən Hasilat Sxemi (EPS) çərçivəsində görülən işlər, layihənin cari vəziyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri ətrafında müzakirə aparılıb.
Görüş çərçivəsində, həmçinin “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi (Faza-1) haqqında danışılıb, neft-qaz və bərpa olunan enerji sahəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin