Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
ANmedia.az xəbər verir ki, məktubda deyilir:
“İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin