Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.
ANmedia.az "Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşına istinadən xəbər verir ki, "Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.
Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.
Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirirlər.
Bir qədər sonra aksiyada çıxışlar olacaq.