Müstəqil araşdırmaçı jurnalist, yazar Aydın Tağıyevin Ümummilli lider Heydər Əliyevlə bağlı məqaləsi dünyanın aparıcı media qrumlarında işıqlandırılıb.
ANmedia.az xəbər verir ki, müəllifin "Heydər Əliyev - Bənzərsiz şəxsiyyət və Azərbaycan gəncliyinin əbədi nümunəsi" adlı məqaləsi yerli mətbuatla yanaşı, dünyanın nüfuzlu media orqanlarında da dərc edilib. Belə ki, müəllifin Ulu Öndərdən bəhs edən məqaləsi Türkiyə, Misir, Əlcazair, BƏƏ, Seneqal, Mərakeş, Sudan, Suriya, İraq, Moldava, Ukrayna, Gürcüstan, Argentina, eləcə də Latın Amerikası ölkələri mətbuatında işıqlandırılıb.
Müəllifin məqaləsi Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr edilib və dahi şəxsiyyətin hakimiyyət illərində Azərbaycanın dövlət quruculuğunun bütün sahələrindəki əsaslı dəyişikliklərdən bəhs edir. Eyni zamanda məqalədə qeyd edilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olub. Müəllif qeyd edir ki, "Bütün bu xüsusiyyətlə dahi şəxsiyyət gənclərə örnəkdir və biz onunla fəxr edirik!"
Qeyd edək ki, bu, həmyerlimizin xaricdə yayımlanan ilk məqaləsi deyil. Bundan əvvəl də azərbaycanlı jurnalistin müstəqil Azərbaycan, Qarabağ həqiqətləri, ölkəmizin əlamətdar günləri, o cümlədən tarixi şəxsiyyətləri haqqında yazdığı məqalələri qardaş Türkiyə, Gürcüstan, Moldova, İraq, Rumınya, Misir, Əlcəzirə, Cənubi Koreya kimi ölkələrin tanınmış xəbər saytlarında işıqlandırılıb.
Məqalənin xarici mediada yayımlanan linklərinə buradan keçid edə bilərsiniz:
https://turknewsgazetesi.com/haydar-aliyev-essiz-bir-kisilik-ve-azerbaycan-gencliginin-ebedi-bir-ornegi-gazeteci-aydin-tagiyev-ozel-h25738.html?fbclid=IwAR3kREn_VPfQE7x_rJOsKC8-6KoFYekEZYBuNOkWfjikM166sOPA14LsabQhttps://kiriminsesigazetesi.com/haydar-aliyev-essiz-bir-kisilik-ve-azerbaycan-gencliginin-ebedi-bir-ornegi/?fbclid=IwAR3Kx0wZUfA4u82nkmj1FBz6iPuxUr15-1T8plS0EMgA-p3Gzndb-tOn23Q
Qeyd edək ki, Aydın Tağıyev həm də Vətən müharibəsi dövründə qələbəmizin şərəfinə yazılan "İlk Zəfər marşı", "Vətən marşı" və "Ana" şeirlərinin, "Qarabağ həqiqətləri 1992-2020" video layihəsinin, 100-ə yaxın araşdırma məqalələrinin müəllifidir. Adı çəkilən hər üç şeirin sözlərinə ölkəmizdə musiqi bəstələnib və ifa edilib. "İlk Zəfər Marşı” yerli musiqiçilər və Türkiyənin tanınmış simaları və Türkiyə Mədəniyyət Nazirliyinin solistləri tərəfindən səsləndirilib. Bundan əlavə, müəllif “Fədakarlar bir amalın uğrunda” kitabının və bir ilə yaxındır davam edən böyük "Vətən" layihəsinin müəllifidir. Bu layihə çərçivəsində onun "Böyük Zəfərin 101 şəhidi!" adlı kitabı yaxınlarda ictimaiyyətə təqdim ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin