
“Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma çox təşəkkür edirəm”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun, qardaşlığın nə demək olduğunu göstərdi”.
Qeyd edək ki, Azərbaycan dövləti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət şəhərcik inşa edəcək. Bu yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








