
“Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Kənan Məstəliyev deyib.
Hazırda İrəvanda olan federasiya rəsmisi bildirib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması səbəbindən yarışdan imtina edilib:
“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib.
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanatı var. Biz də bu bəyanata uyğun addımlar atırıq. Komandamız Azərbaycana qayıdır. Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir. Hazırda bu istiqamətdə addımlar atılır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








