
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Anmedia.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
***
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
525.az-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyev ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin