
Günəşin səthində ləkələrin sayı azalıb. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 57-dir.
ANmedia.az bildirir ki, bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. 27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.
Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş verib. Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).
Geomaqnit sahəsinin 3-5 və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








