
İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə ilk dəfə 2021-ci il fevralın 12-də "SOCAR PETROLEUM" QSC tərəfindən Şuşa şəhərində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. Ötən iki il ərzində stansiyada "Aİ-92" markalı benzin və "Dizel" yanacağının satışı həyata keçirilib.
ANmedia.az xəbər veriri ki, cari ilin fevral ayından etibarən isə həmin stansiya yenilənərək müasir standartlara cavab verən yeni modul tipli YDS ilə əvəz edilib. Nağdsız satış üçün pos-terminalların da fəaliyyət göstərdiyi yeni stansiyada həm də "Aİ-95" premium markalı benzinin satışı həyata keçiriləcək.
Hazırda ölkə ərazisində “SOCAR” brendli 45 YDS şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.
Şirkətin starateji inkişaf planı nəzərə alınaraq gələcəkdə YDS-lərin sayının artırılacağı gözlənilir.





 
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








