Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Səbail rayonu ərazisində yerləşən Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılan təmir işləri ilə bağlı yol polisi sürücülərə müraciət edib.
ANmedia.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, yollar 3 gün - 12, 13 və 14 mart tarxilərində (bazar günündən çərşənbə axşamı daxil olmaqla) asfalt örtüyü ilə əvəzlənəcək və avtomobillərin hərəkəti üçün bağlanacaq.
"Bununla əlaqədar olaraq, Azneft dairəsindən Yusif Səfərov küçəsinə doğru (Cavanşir körpüsünə doğru) getmək istəyən sürücülər alternativ yoldan istifadə etməlidirlər.
Azneft dairəsindən yuxarı Niyazi küçəsi ilə sağa dönmə ilə İstiqlaliyyət küçəsi ilə (İçərişəhər m.)
Daha aşağı Sabirin abidəsinə qədər, sonra sola, Azərbaycan prospektinə (Monolit və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binasına doğru).
Daha sonra Beşmərtəbədən sağa, Şəmsi Bədəlbəyli küçəsinə dönün və Azadlıq prospektinə çıxışla irəli (28 Mall)
Orada prospektə sağa, sonra Nizami küçəsi ilə kəsişmədən sola və Nizami küçəsi ilə düz Yusif Səfərov küçəsi ilə kəsişməyə.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin