
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
ANmedia.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib.
Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlandı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edilib.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








