“X Qlobal Bakı Forumunda iştirakdan olduqca məmnunam”.
ANmedia.az xəbər verir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima bildirib.
BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru qeyd edib ki, il ərzində 1,5 milyon insan İİV-ə yoluxur: “İİV-lə bağlı epidemiya dünyada davam edir. Biz müalicə dərmanlarının hazırlanması üçün sərmayə yatırmalıyıq. Biz vətəndaş cəmiyyəti institutlarının fəallığı ilə müəyyən irəliləyişə nail ola bilərik. Çünki müəyyən mərhələyə qədər müalicə mümkündür. Düşünməliyik ki, çətinliklərin həlli üçün nə edə bilərik. Əslində mən nikbinəm. Birgə Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin