“Bravo” supermarketlər şəbəkəsi Xətai rayonunda yerləşən hipermarketə silahlı hücumla bağlı məlumat yayıb.
ANmedia.az xəbər verir ki, məlumatda deyilir:
“Dərin təəssüf hissi ilə bildiririk ki, martın 4-də Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır”.
Məlumatda qeyd edilib ki, bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bildirilib ki, hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin