Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyənin 11 şəhərində humanitar fəlakətlərə yol açmış zəlzələyə görə Azərbaycanda bu kimi fövqəladə hallara qarşı mümkün risklərin, ictimai davranış və mühakimələrin öyrənilməsi, eyni zamanda proqnozlaşdırılması məqsədilə rəy sorğuları keçirib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə STM-dən bildirilib.
Sorğu çərçivəsində Türkiyədə baş verən fəlakətin ayrı-ayrı aspektlərinə, o cümlədən Azərbaycan tərəfindən bu istiqamətdə göstərilən dəstəyə də ictimai münasibət öyrənilib.
Sorğuda iştirak edənlərin əksəriyyəti Azərbaycan xalqının və dövlətinin Türkiyəyə dəstəyini müsbət xarakterizə edib. Belə ki, iştirakçıların 99%-i Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu bildirib. Onların cəmi 1%-i Azərbaycanın Türkiyəyə yetərli dəstək göstərmədiyi mövqeyini bölüşüb.
Sorğunun sahə işi 11-14 fevral 2023-cü il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində - Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin