Qardaş ölkə Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qoşulan Azərbaycan şirkətlərinin və iş adamlarının sayı günbəgün artır.
Xeyriyyəçi iş adamı Alsu şirkətlər qrupunun rəhbəri Quliyev Faiq Yunis oğlu da qardaş ölkə Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar yardım edib. Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində ölkənin 10 şəhərində böyük dağıntılar baş verib, minlərlə insan həyatını itirib və yaralanıb.
Bundan öncə də ikinci Qarabağ müharibəsi zamanı Quliyev Faiq Yunis oğlu, Quliyev Şamil Yunis oğlu, Quliyev Şahin və
Quliyev Tural qardaşları Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna, imkansız şəxslərə və şəhid ailələrinə yardımlar etmişdir. Ağcabədi rayon Qaraxanlı kəndində şəhidlərin xatirəsinə park salınmış, abidə bulaq kompleksi inşa edilmişdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin