
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə SOCAR tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Bir neçə istiqamət üzrə icra edilən tədbirlərə zəlzələdən zərər görən Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfa kimi şəhərlərdə fasiləsiz olaraq bütün təcili yardım, yanğınsöndürmə və digər xilasetmə maşınlarına pulsuz benzin və dizel təchizatı, o cümlədən zəlzələ bölgəsindən 373 Azərbaycan vətəndaşının təxliyəsinə dəstək göstərilməsi, zərər çəkən həmkarlarımız və onların yaxınlarının zəruri ehtiyaclarının təmin edilməsi, habelə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və AHBAP xeyriyyə cəmiyyətinə birbaşa ianələrin göndərilməsi, paltar, su, qida məhsulları, uşaq bezləri, çadır, generator, dərman preparatları kimi təcili ehtiyacların qarşılanması daxildir.
Həmçinin, SOCAR-ın Türkiyədəki əməkdaşları tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilib. Bu xüsusda 3-ü həkim olmaqla, ümumilikdə 25 həmkarımız birbaşa axtarış-xilasetmə işlərinə cəlb olunub, eyni zamanda, əməkdaşlarımız tərəfindən AFAD, Kızılay və AHBAP platformalarına fərdi ianələr edilib.
Hazırda zəlzələdən zərər çəkən bölgələrə dəstək tədbirləri fasiləsiz olaraq davam etdirilir.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








