Çin şarı ABŞ tərəfindən vuruldu. Vurulma səbəbini isə belə açıqladı:
Bu tip hava şarları intel siqnallarını anında toplaya bilər və 40-dan çox ölkəni hədəf alan nəhəng, hərbi əlaqəli hava müşahidəsi proqramının bir hissəsi olaraq kəşfiyyat siqnallarını aşkar etmək və toplamaq üçün təchiz edilmişdi. Əlavə olaraq bildirir ki, xüsusi olaraq casusluq üçün istifadə olunur, əsas hədəflərdən biri isə hər ölkədə həssas məlumatları toplamaqdır. Bu şarlar yüksək texnologiyalı avadanlıqla təchiz edilir.
ABŞ Administrasiyanın məlumatına görə, oxşar şarlar beş qitədə uçub. ABŞ tərəfindən vurulan hava şarın eynisi məhz Atlantik okeanı üzərində də görünüb. Proqramın əhatə dairəsini və imkanlarını əks etdirən ictimai təfərrüatlar, Çin şarının casusluq üçün istifadə edildiyinə dair şübhələri qətiləşdirib və iki dövlət arasında gərginliyi artırıb.
Çin dövləti isə öz açıqlamasında bu məsələyə belə aydınlıq gətirib:
“Hava balonu” , hava şəraiti səbəbindən öz oxundan çıxdığını və idarəetmə imkanlarının məhdudluğu" nəticəsində ABŞ hava məkanına daxil olub.
Günel Şəmilzadə
Wordpressmagazine
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin