Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Bu gün haqqında söz açacağım igidimiz, Vətən müharibəsinin gənc şəhidlərindən Fərzəliyev Emin Elnur oğludur.
Fərzəliyev Emin 20 dekabr 1998-ci ildə Ağcabədi rayonuda andan olub. Orta təhsilini Ağcabədi rayonu Axundov adına 3 nömrəli Məktəb-liseydə alıb. Hərbi xidmətə gedənə kimi ticarətlə məşğul olurdu.
Emini bir müddət atası böyrək xəstəsi olduğuna görə hərbiyə aparmadılar. Daha sonra bacısnın 18 yaşı tamam olanda hərbiyə çağrılıb və İkinci Qarabağ savaşında qəhrəmancasına iştirak edib.
Şəhidin bacısı Fərzəliyeva Aydan xanım deyir ki, qardaşı ilə arasında 3 yaş fərqləri olub:
"Həmişə qonşular, uşaqlar toplaşırdı. Dalaşırdıq, küsüşürdük. Məktəbə bərabər gedirdik, çıxanda məni gözləyirdi. Məni çox istəyirdi. Arzusu idi ki, hərbidən qayıdandan sonra polis olsun. Subay idi. İstədiyi xanım vardı.. Yaralı olan vaxtı deyib ki, ailəmə deyərsiz mən onu istəyirəm. Bacıma deyərsiz qızı olsa, o qızın adını qoysun, oğlu olsa, mənim adımı qoysun. Futbolu çox sevirdi, Beşiktaşa azerkeşlik edirdi".
Şəhidin nənəsi Rüstəmova Ruzigar xanım deyir ki, Emin həmişə məni çox sevdiyini deyirdi. Deyirdi, nənə, sən mənim həm nənəmsən, həm də babamsan. Çox ürəkli uşaq idi. Dedim,oğul, qal, saxlayaq səni. Dedi yox nənə gedəcəyəm!"
Şəhid anası Fərzəliyeva Xəyalə Arif qızı deyir ki, Eminin bir dostu var adı Kərim. Balam şəhid olandan sonra gəldi mənə dedi ki, onun istədiyi qız qohumlardan idi:
"Dedim adı nədir? Mənə adını demədi ki, Eminə söz vermişəm. Oğlum birinci ayağından yaralanıb, qalxıb deyib ki,mən gedəcəyəm qabağa. Onun gözü bir az zəif görürdü, qabağa aparamaq istəməyiblər. Deyib ki, niyə mənim dostlarım gedir? Mən də onları tək qoymayacağam. Qabağa gedəndə bronjeltsiz, kaskasız gedib, yaralanan vaxtı son anda deyib, komandir, mənim atam xəstədir qoymayın öləm...
Məzuniyyətə gələcəkdi, ancaq şəhid oldu. Arzusu idi ki, gəlib nişan etsin. Biz onun üçün hazırlıq görmüşdük. Onun üçün hər cür tədarük etmişdik. Bütün əsgərlər üçün yemək-içmək aparardıq.
Allah bütün şəhid ailələrinə səbr versin, şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin. Allah müzəffər Ali Baş Komandanımızı saxlasın!"
Ailəsinin arzusudur ki, adına küçə, bulaq kompleksi olsun.
Azərbaycan Ordusunun əsgəri olan Fərzəliyev Emin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Kəlbəcər-Laçın uğrunda uğrunda gedən döyüşlərdə vuruşub. Fərzəliyev Emin 2022-ci il 12 sentyabr tarixində Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub və Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Kəlbəcər-Laçın uğrunda uğrunda gedən döyüşlərdə vuruşub. Fərzəliyev Emin 2022-ci il 12 sentyabr tarixində Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub və Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fərzəliyev Emin ölümündən sonra "Vətən uğrunda" və "Üçüncü dərəcəli Vətənə xidmətə görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin