Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir.
Bu barədə Rusiyanın Milli Maliyyə Araşdırmaları Agentliyi Analitik Mərkəzinin sosial-iqtisadi tədqiqatlar üzrə direktoru Yekaterina Suşko bədxərcliyin qarşısını almağın yolları barədə danışarkən bildirib.
İqtisadçının sözlərinə görə, bir çoxları son pullarını boş şeylərə xərcləyir, sonra maaş gününə qədər borc götürməli olurlar.
Ekspert bunun qarşısını almaq üçün xərc və gəlirlərin hesabatını aparmağa başlamağı və bunu bir neçə ay davam etməyi məsləhət görüb. Onun sözlərinə görə bu, nə qədər tez-tez lazımsız ödənişlər etdiyinizi və ən çox nəyə pul xərclədiyinizi izləməyə imkan verəcək.
Suşko insanların çox vaxt xərclərinin həddən artıq yüksək və ya səmərəsiz olduğunun fərqində olmadığını vurğulayıb.
“Bəzən 30 rublluq su ilə 300 rubl (0,7 və 7,2 manat) dəyərində su arasında fərq olmur. Ən sadə məsləhət praktik olmaq və bahalı brendlərə alışmamaqdır. Bu bayağı səslənə bilər, lakin biz hamımız öz vərdişlərimizin qurbanıyıq”, - deyə ekspert bildirib.
Suşko vurğulayıb ki, insan öz vərdişlərinin girovuna çevrilməməli və israrla istədiyini almağa çalışmalıdır, çünki maliyyə savadlılığı baxımından belə yanaşma ağlabatan deyil.
Mənbə: Praym
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin