 “İşğaldan azad olunmuş ərazilərə səfər etmək unikal şansdır, çünki uzun müddət bu mümkün deyildi”.
“İşğaldan azad olunmuş ərazilərə səfər etmək unikal şansdır, çünki uzun müddət bu mümkün deyildi”.𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə “Report”un əməkdaşına Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan almaniyalı səyyah Fabian Veydemann deyib.
O qeyd edib ki, bu ərazilərə baş çəkmək və bu yerlərin necə dəyişdiyinin canlı şahidi olmaq çox maraqlıdır.
Alman səyyah Azıx mağarasını ziyarət etdikdən sonra təəssüratlarını bölüşüb:
“Çox qaranlıq və sıxlıq idi. Bu mağarada dünyada tapılan ən qədim insan qalıqlarından birinin aşkar edilməsi mənə maraqlı gəldi”.
“Bu, Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaz regionuna ilk səfərimdir. Cəmi iki gündür buradayam. Heç bir gözləntim yox idi, amma Bakının gözəlliyi məni çox heyran etdi. Çox gözəl və müasir şəhərdir”, - o əlavə edib.
Qeyd edək ki, bu gün Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir.
Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








