Tədqiqatçılar mayeyə çevrilə bilən humanoid, miniatür robotlar yaradıblar.
Bu xüsusi maye əsasən bərk cisimlər arasında asan şəkildə hərəkət edə bilən robotun hərəkətlərini müxtəlif vəziyyətlərdə dəyişərək istifadə etməyə imkan verir.
Tədqiqatçılar robotlardan birini nümunə üçün kiçik həbsxanaya salıblar və onun qaça bilməsi üçün mayeyə çevrilmə qabiliyyətini nümayiş etdiriblər.
Digər nümayişlərdə isə robotlar xəndəklərin üstündən tullana, divarlara dırmaşa və iki hissəyə bölünə bilir, eləcə də iki hissəyə bölünmüş halda eyni anda hərəkətə edirlər.
Onlar həmçinin maqnitdir və elektrik cərəyanını keçirmək üçün istifadə edilə bilər ki, bu da öz növbəsində onları uzaqdan və yaxın məsafələrdən rahatlıqla idarə etməyə imkan yaradır.
Tədqiqatçı Karmel Majidin fikrincə "Gələcək iş bu robotların biotibbi kontekstdə necə istifadə oluna biləcəyini daha da araşdırmaqdır". "Göstərdiyimiz yalnız birdəfəlik nümayişlər, konsepsiyanın sübutlarıdır, lakin bunun həqiqətən dərmanların çatdırılması və ya xarici obyektlərin çıxarılması üçün necə istifadə oluna biləcəyini araşdırmaq üçün daha çox zaman və tədqiqat tələb olunacaq."Bu Tədqiqat haqqında məlumatlar Matterdə dərc edilmiş “Maqnitaktiv maye-bərk faza keçid maddəsi” adlı məqalədə dərc olunub.
Günel Şəmilzadə
Mənbə:https://www.independent.co.uk
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin