
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
ANmedia.az Reporta istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 yük maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 31-ə çatıb.