Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
ANmedia.az xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb.
Hücum nəticəsində bir nəfərin həlak olduğu, daha bir nəfərin isə yaralandığı bildirilir.
***
“Mouze” teleqram kanalının məlumatına görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib.
Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin