Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək.
ANmedia.az xəbər verir ki, bu, parlamentin Səhiyyə komitəsinin 2023-cü il üçün iş planında əksini tapıb.
Qanunverici orqanın yaz sessiyası müddətində həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanacaq. Bununla bağlı parlamentin Sosial qanunvericilik şöbəsinə tapşırıq verilib.
Eyni zamanda, sessiya dövründə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair dinləmə keçirilməsi də nəzərdə tutulub.