
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
ANmedia.az xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı "Facebook" hesabında məlumat verib.
"Avropa enerji böhranı ilə üz-üzədir, ona görə də yeni təbii qaz mənbələrinə ehtiyac var. Ortamüddətli perspektivdə ən real ssenari Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Bunun üçün regionumuzda infrastruktur inkişafı lazımdır və azərbaycanlılar daha çox istehsal etməlidirlər. Bu, Azərbaycanın iqtisadiyyat naziri ilə bugünkü görüşün əsas mövzusu olacaq”, - Siyarto bildirib.Qeyd edək ki, görüş Mikayıl Cabbarovun Budapeştə səfəri çərçivəsində baş tutub.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








