2022-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 804.1 milyon manat vəsait daxil olub.
ANmedia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31.2% çoxdur.
Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 529.1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28.4% çoxdur.