Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
ANmedia.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçına keçən RSK-ya məxsus 6 yük maşını geriyə - Xankəndiyə qayıdıb.