
GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi ilə bağlı Konvensiya təsdiq edilib.
ANmedia.az xəbər verir ki, Prezident İlham Əliyev “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiyanın təsdiq edilməsi ilə bağlı Qanunu təsdiq edib.