Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Bu barədə ANmdia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, bu il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb.
Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
Bu il ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırlır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin